Saxlanılan nurçulardan 3 nəfər azadlığa buraxılıb

15-12-2014, 08:11   
Saxlanılan nurçulardan 3 nəfər azadlığa buraxılıb
Saxlanılan 32 nəfər “Tahşiyəçilər” adlı dini cəmiyyətə qarşı saxta dəlillər hazırlamaqda ittiham olunurlar.
Türkiyədə aralarında Samanyolu media şirkətinin rəhbəri Hidayət Qaraca və Zaman qəzetinin baş direktoru Əkrəm Dumanlı da olmaqla media nümayəndələrinin həbslərinə qarşı ilk sərt reaksiya Mardin vilayətindən gəlib. Nusaybin rayonunda bir qrup fəal yolları kəsərək hökumətə qarşı etiraz edib. Polisin qanunsuz akiyalara müdaxiləsi sonda tərəflər arasında qarşıdurmalara səbəb olub. Fəallar yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb. Yaşlı insanlar qazdan zəhərləniblər. Polis ona hücum edən bir nəfəri həbs edib. Qarşıdurmalar nəticəsində çoxsaylı zorakılıqlar qeydə alınıb.

Saxlanılan 32 nəfər “Tahşiyəcilər” adlı dini cəmiyyətə qarşı saxta dəlillər hazırlamaqda ittiham olunurlar. Sözgedən cəmiyyətin isə, bir müddət əvvəl “paralel hökumət” formalaşdırmaqda ittiham olunan nurçularla əlaqəsi olduğu ehtimal edilir. Qrupun lideri molla Məhmət Doğan özünü nur tələbsi kimi təqdim edib. Lakin Məhmət Doğan ilə nurçuların lideri Fətullah Gülən arasında bəzi dini görüşlərdə fərqlər olduğu qeyd edilir.

Ötən gün axşam saatlarında saxlanılanlardan 3 nəfər dindirlikdən sonra sərbəst buraxılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.