Bakı fəlakətə yaxınlaşır - FOTO

15-12-2014, 08:47   
Bakı fəlakətə yaxınlaşır - FOTO
İllər əvvəl Xəzərdə dəniz suyunun qalxması böyük problemlər yaratmışdı. Astara-Lənkəran zonasında yüzlərlə ev su altında qalmış, Abşeronda isə kənd ərazilərinin bir qismini dəniz udmuşdu. İndi isə tərsinə proses yaşanır və təəssüf ki sevinməyə heç bir səbəb yoxdur. Neftin qiyməti kimi Xəzərin səviyyəsi də aşağı düşür
Xəzərdə suyun çəkilməsi artıq elə bir həddə çatıb ki, bulvar ərazisində bunu daha çox hiss etmək mümkündür. Hətta deyilənə görə, artıq su altında qalmış Səbail qalası üzə çıxır. AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov Mili.Az-a açıqlamasında bildirdi ki, Xəzər dənizi 28 metr çəkilib.

Direktorun sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsi Volqa çayının suyunun azalması ilə bağlıdır:

“Xəzərə suyun böyük hissəsi Volqadan gəlir. Eyni zamanda dənizin səthindən buxarlanma artıb”.

R.Məmmədov hesab edir ki, suyun çəkilməsi fəlakətlə nəticələnə bilər. “Mənfi 28 metr fəlakət deyil, amma bir az da davam etsə, ziyanlar vura bilər. Portlara da ziyan olacaq. Ən çox düşmə 1978-ci ildə mənfi 29 metr olub. Hazırda suyun azalması davam edir. Güman edirəm ki, suyun çəkilməsi azalacaq. Cazibə səthi deyilən bir səth var. Hazırda həmin səthə gəlib çatır. Ondan sonra azalma dayanacaq”.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.