Bakı polisi bar və masaj salonlarında reydə başlayır

15-12-2014, 09:34   
Bakı polisi bar və masaj salonlarında reydə başlayır
Bu gün Bakıdakı masaj salonlarından birində dava-dalaş olub.

Lent.az-ın məlumatına görə, saat 04 radələrində Xəqani küçəsi 14 ünvanında yerləşən “Aqua” masaj salonunun qarşısında obyektin mühafizəçisi, 1988-ci il təvəllüdlü Kəndalov Samir Bəşir oğlu ilə bir qrup şəxs arasında dava baş verib. Nəticədə mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı 39-cu Polis Bölməsi araşdırma aparır.
barlarda baş verən bu cür hallar bununla bitmir. Elə ötən gün paytaxtın mərkəzi hissəsində yerləşən “İnfiniti” gecə klubunda bar rəhbərliyinin hörmətsiz bir hərəkəti - Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verməməsi paytaxt sakinlərinin səbr kasasını doldurub.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Bakıda qanunsuz fəaliyyət göstərən bar və masaj salonlarında ciddi reydlərə başlanılacaq. Bu isə təbii ki, onlarla masaj salonunun və gecə klubunun bağlanması deməkdir.

Bildirək ki, fəaliyyət göstərən bar və masaj salonları əsasən paytaxtın mərkəzi küçələrində cəmləşib. Onların demək olar ki, heç biri təyinatı üzrə fəaliyyət göstərmir. Bir neçə dəfə paytaxt polisi xüsusi reydlər keçirib obyekt sahiblərini cəzalandırsa da, bu, onların işinə mane olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.