İUDA. İsa Məsihin 12 həvarisindən biri olan İuda öz müəllimini 30 gümüş pul qarşılığında yəhudi dindarlarına və romalılara satmışdı. O, şərti işarə kimi yanağından öpəcəyi insanın İsa olduğunu bildirir. Bunun sayəsində İsa Məsih həbs olunur və sonradan çarmıxa çəkilir. O vaxtdan “İuda” və “İudanın öpüşü” ifadələri satqınlığın simvoluna çevrilir. Dini mənbələr satqınlıq edən İudanın sonradan əməlinə görə peşman olduğunu və intihar etdiyini göstərir. Sovet İttifaqının ilk illərində İudanın heykəli xristianlığa qarşı mübarizə nümunəsi olaraq bir çox şəhərlərdə ucaldılmışdı.
MARK BRUT. Romalı senator olan Brut isə tarixdə daha çox öz yaxın dostu və ağası Qay Yuli Sezarın qatillərindən biri kimi düşüb.
Respublikanı ləğv edib imperiya yaratmaq istəyən Sezara qarşı senatorlar tərəfindən gizli qəsd hazırlanır. Sezarın ən yaxın çevrəsindən olan zəif iradəli Brut da tezliklə bu qəsdə qoşulur və onun əsas iştirakçılarından birinə çevrilir. E.ə 44-cü ilin martında senatın iclası zamanı onlar imperatoru çevrəyə alırlar və 40-dan artıq bıçaq zərbəsi endirərək qətlə yetirirlər. Qəsdçilərin arasında Mark Brutu görən zaman Sezarın “Sən də, Brut!” sözü dost namərdliyinin pərişanlığını bütünlüklə ifadə edən ifadə kimi məşhurdur. Qəsddən 2 il sonra Mark Brut özünə qəsd edir.
GETMAN MAZEPA. Zaporojye kazak qoşunlarının komandanı Mazepa 1700-ci ildə başlanan Şimal müharibəsində Rusiya tərəfində aktiv iştirak edib. Lakin İsveç kralı XII Karlın qalib gələcəyi təqdirdə Ukraynaya müstəqillik verəcəyi vədinə inanaraq onun tərəfində vuruşmağa başlayıb.
1708-ci ildə Poltava döyüşündəki məğlubiyyətdən sonra Osmanlı İmperiyasına qaçan kazak getmanı bir neçə ildən sonra vəfat edib. Mazepa obrazı rus ədəbiyyatında satqınlığın və ikiüzlülüyün əsas simvolu kimi geniş təsvir olunub.
OLDRİÇ EYMS. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Əks-kəşfiyyat bölməsinin rəisi olan Oldriç “soyuq müharibə” dövrünün ən məşhur satqınlarından hesab olunur.
Yüksək rütbəli kəşfiyyatçı uzun illər ərzində sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Müxtəlif illərdə “KQB”-dən 4,6 milyon dollar qonorar alan Ceyms Oldriç SSRİ-də gizli fəaliyyət göstərən amerikalı casusların hamısının adını açıqlamışdı. O 1994-cü il fevralın 21-də Federal Təhqiqatlar Bürosu tərəfindən həbs olunur. Əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrum edilən agent Amerika xüsusi xidmət orqanlarının ən yüksək rütbəli satqını hesab olunur.
VİDKUN KVİSLİNQ. Almanyönlü siyasətçi kimi ad çıxaran Kvislinq Norveç tarixinin ən böyük satqını hesab olunur. 1940-cı ildə Hitler Almaniyası Norveçə hücum edən zaman məhz Kvislinq yerli əhalini müqavimət göstərməməyə çağırır. O, sədaqətinə görə Norveçin rəhbəri təyin olunur və ölkəsindəki yəhudi sakinlərinin ölüm düşərgələrinə göndərilməsinə rəhbərlik edir.
Müharibənin sonunda –1945-ci il mayın 9-da həbs olunan Kvislinq vətənə xəyanət maddəsi ilə günahkar bilinir və həmin il oktyabrın 24-də güllələnir.
ANDREY VLASOV. Böyük Vətən Müharibəsi illərinin ən böyük sovet satqını hesab olunur. 20-ci ordunun komandanı, general-leytenant Andrey Vlasov alman qoşunlarının Moskva ətrafında məğlub edilməsində aktiv rol oynayır. Lakin 1942-ci ilin yayında döyüşlərin birində almanlara əsir düşən general tezliklə əməkdaşlığa başlayır. “Rusiya azadlıq ordusu” adlı hərbi təşkilat yaradaraq doğma ölkəsinə qarşı vuruşmağa başlayır. 1945-ci il mayın 12-də sovet qoşunları tərəfindən əsir alınan Andrey Vlasov həbs olunur. Onun bütün əmlakı və hərbi mükafatları müsadirə olunur. O, 1946-cı ilin avqustunda asılaraq edam olunur.
VANQ CİNQVEY. Çin tarixinin ən böyük satqını hesab olunur. Sun Yatsenlə birlikdə Çzin sülaləsinin devrilməsində iştirak edir. 1911-ci ildən sonra Sun Yatsenlə birlikdə Çinin faktiki rəhbərinə çevrilirlər.
Vanq Çinqvey 1925-ci ildə Yasenin ölümündən sonra Çinin mütləq hakiminə çevrilir. Yaponiyanın ölkəsinə qarşı açıq təcavüz siyasət yeritməyə başladığı 30-cu illərdə özünü səriştəsiz hökmdar kimi göstərən Çinqvey az sonra Yaponiyaya qaçır və vətəninə qarşı başlanan hərbi əməliyyatlarda iştirak edir. O, 1944-cü ildə müharibənin bitməsinə 1 il qalmış dünyasını dəyişir.