‘Azercell’ bu dəfə jurnalistin cibinə girdi

15-12-2014, 10:45   
‘Azercell’ bu dəfə jurnalistin cibinə girdi"MediaCell" tarifindən şikayət edən jurnalistlər var.
ANAXEBER.TV-I AZXEBER.COM-a istinadən xəbər verir ki, şirkətdən bu dəfə adi abunəçilər deyil qələm əhli də şikayət edib. Belə ki, jurnlist Sədan Bünyadova “Azercell”in “MediaCell” tarifi vasitəsi ilə aldadıldığını və şirkətin problemin həllinə maraqlı olmadığını “facebook” profilində yazıb.

Jurnalist nömrəsinin “MediaCell” tarifinə qoşulduğunu və bu tarifə uyğun olaraq hər ay balansına şirkət tərəfindən 1GB Mobil Internet paketi hədiyyə olaraq avtomatik yüklənməli olduğunu yazıb:

“Bir həftə öncə hər ay 3GB Mobil Internet paketinin AVTOMATİK qaydada hər 30 gündən bir yenilənməsini (və ya aktiv olmasını) ləğv etdim. Nömrəm MediaCelli olduğunda hər ay onsuz da 1GB Mobil Internet paketi hədiyyə olaraq AVTOMATİK balansıma yüklənirdi.

Lakin bu dəfə necə olubsa, AVTOMATİK yüklənmə aparılmayıb və nəticədə 1MB=40 gəpiklə hesablanıb və ən son nəticə nəzakət göstərib borcdan xəttimi bağladıqlarını sms'lə xəbər veriblər. BORC DA NƏ BORC!!!!

Müraciət etdim vəziyyəti aydınlaşdırmaq üçün, amma üzrləri qəbahətlərindən də böyükdür! Deyirlər Siz borcu ödəyin, biz balansınıza sonra qaytararıq. Və hələ deyirlər ki, 1-2 günə 1GB Mobil Internet paketiniz aktiv olacaq”.

Jurnalist “MadiaCell” tarifinə qoşulan hər bir jurnalistə şirkətin 1GB internet paketi verməli olduğunu ancaq bu prosesin əksi olaraq onun bilərək borclandırıldığını deyib.

Şirkətdən isə jurnalistə borcunu ödəməli olduğunu və bundan sonra “MediaCell”də ona vəd edilən 1GB internet paketinin balansına yüklənəcəyi qeyd edilib.

Qeyd edək ki, mətbuat səhifələrində tez-tez “Azercell”in müştərilərini müxtəlif texniki aldatma fəndləri ilə narazı salması haqqında xəbərlər yayımlanır. Düzdür, bu informasiyaların qarşısını almaq üçün şirkət jurnalistlərlə bağlı müxtəlif layihələr həyata keçirməyə səy göstərir. Əsas məqsəd isə bu cür informasiyaların mətbuat səhifələrində tirajlanmasının qarşısını almaq, ictimai rəyi ələ almaq və nəticədə “toxunulmazlıq”ını qorumaqdır. Bu cür layihələrə misal olaraq şirkətin yay aylarında bəzi media kapitanlarını xarici ölkələrə tətilə aparmasını, reklam kompaniyalarını onlarla birlikdə görməsini, jurnalistlər üçün müxtəlif yazı müsabiqələri təşkil etməsini və sonda “MediaCell” kimi müxtəlif kiçik tariflər həyata keçirməklə bu istəyinə nail olmağa çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.