Masallı rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Əxlaqsızlıq yuvası rayonun Qəriblər kəndində aşkar olunub. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəriblər kənd sakini Nəsirağa Hüseynovun əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Keçirilmiş əməliyyat nəticəsində Nəsirağa Hüseynovun Qəriblər kənd ərazisində yerləşən “Nil bağı” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.