“İqtisadi böhran və Donbasdakı rus xalqına edilən xəyanət Rusiyada "Moskva Meydanı” adlanacaq etirazların başlamasına və inqilabın yaranmasına səbəb ola bilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynadakı separatçıların keçmiş komandanı, Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti İqor Strelkov çıxış edib.
O, yazda müharibənin yenidən başlaya biləcəyini bildirib:
“Putin hazırki siyasətinə davam edərsə, Haaqa Məhkəməsində kamera qonşusu olacağıq. Təbii ki, ora qədər canlı olaraq aparılsaq. İqtisadi böhran və Donbasdakı rus xalqına edilən xəyanət Rusiyada "Moskva Meydanı” adlanacaq etirazların başlamasına və inqilabın baş verməsinə səbəb ola bilər. Ukrayna atəşkəs dövründə ordusunu çox sürətli şəkildə yenilədi. Yazda xarabalığa çevrilən Donbasda xalq Putinə nifrət edəcək. Nəticədə NATO-dan hərbi qüvvə yardımı alan Ukrayna hücuma keçəcək və Rusiya yardım etməzsə, ölkənin şərqində yaradılmış xalq respublikaları məhv ediləcək”.