O ,böyük bir şirkətdə işəyirdi.Səhər yuxudan çox gümrah və rahat oyandı. Bir neçə saatdan sonra o,təyyarə ilə Almaniyaya , şirkətlərarası çox mühüm bir müqavilənin imzalanma mərasimində iştirak etmək üçün üçmalı idi .Vaxt itirmədən o, əl-üzünu yumağa tələsdi. Onun mehriban və qayğıkeş anası mətbəxdə səhər yeməyi hazırlayırdı.Oğlunun oyandığını görən ana bu səhər gördüyü qarmaqarışıq yuxusunu ona danışmaq istəyirdi.Fikirləşirdi ki,necə etsin oğlunu bu səfərə getməkdən saxlasın.
“ Necə də olsa oğluma yuxumu danışacağam “ fikirləri ilə səhər yeməyi hazırlanmış ana oğlunu yeməyə səslədi.Yeməyə başlamaq istəyən bu gənc iş adamı anasına :
-Sabahın xeyir anacan .Necəsən ? dedi.
-Sabahın xeyir əziz oğlum.Yeməyin hazırdır.Rahat ye ,tələsmə ay bala . Nuş olsun !
-Narahat olma ay ana ,hələ vaxta var .Bir azdan dostlarım gələrlər məni hava limanına aparmaq üçün.Birlikdə gedirik səfərə.Şirkətimizin əsas simaları iştirak edir bu Berlin səfərində.
Beləcə ana –bala bir stolun arxasında səhər yeməyini davam etdilər.Yeməyini yeyə-yeyə səhər gördüyü yuxudan narahat olan cəfakeş ana fikirləşirdi ki,yuxusunu oğluna necə və hansı yolla danışsın.Onun oğlu isə yoldan danışır ,anasına səfərdən qayıdana qədər özündən muğayat olmağı tapşırırdı.Birdən gözləri yaşaran anası onun sözünü qəfil kəsdi:
-Anan sənə qurban ay bala ,yuxuda sənin ağ atın belində ,həm də çılpaq şəkildə yol getdiyini gördüm bu sabah .Məni səni ağlayaraq yola salıram və səni isə ölülər qarşılayır .Aman ay oğul,nə olar sən bu gün bu yoldan qal ! Səndən bir ana kimi xahiş edirəm.Nə isə bu yuxu qəlbimə yaman təsir edib.Gəl mənə qualaq as , ay gözümün işığı…
Anasının qəfil ağalayıb boğularaq dediyi narahatlıq və kədər dolu sözlərin müqabilində o dedi:
-Ay ana ,indi hansı zəmanədir ? Bir yuxuya görə mən şirkətimizin planlarını poza bilmərəm.Həm də bu səfərdən qalmağımı nə ilə əsaslandıracağam iş yoldaşlarıma .Bir yuxu ilə ? Dostlarım mənə gülərlər ay ana !
-Yox ay bala ! Mən gördüyümü yuxuda görmüşəm.Nə isə çox narahatam.Səni atanın ruhuna and verirəm ,getmə!
Bütün bu ana yalvarışları və bu gənc iş adamına anasının verdiyi and müqabilində oğlan sakitcə :
-Yaxşı ana ,narahat olma .Sən mənim əziz və yeganə varlığımsan .Mən bu səfərdən vaz keçdim.Qoy sən deyən olsun.
Yeməkdən qalxan bu gənc anasına sarılaraq onun yaşarmış üz-gözündən öpməyə başladı.
-İndi mənimlə səfərə gedəcək iş yoldaşlarıma zəng edib bildirəcəyəm ki, mən gedəsi olmadım.Özümü yaxşı hiss etmirəm və xəstələnmişəm.Yaxşı ? Sakiləş mənim əziz anam.
Anasından ayrılıb “mən öz otağımdayam anacan ” deyib yataq otağına keçən bu gənc iş adamı ,iş yoldaşları ilə telefonda danışmaq üçün yatağına uzandı.
Gördüyü qarışıq yuxudan sonra oğlunu xarici səfərdən saxlayan ana isə , rahat nəfəs alaraq mətbəxdə nahar hazırlamaq üçün işə başladı.Aradan bir neçə saat keçdi.Ana mətbəxdə olan kiçik televizora baxa-baxa işlərini görürdü.Birdən “Xəbərlərin “ növbədən kənar buraxılışında qulağına dəyən bir xəbər onu sanki oyatdı “:Müxbürümüzün verdiyi xəbərə görə ,bir neçə dəqiqə bundan qabaq ölkəmizdən Almaniyaya üçan təyyarə,havaya qalxandan sonra qəzaya uğramışdır.Verilən xəbərlərə görə ,təyyarənin ekipaj üzvləri və sərnişinlərin hamısı həlak olmuşdur.İndi biz canlı olaraq hadisə yerinə bağlanırıq”.
Qəfil verilən bu acı xəbər ananı sankı ildırım kimi vurdu.Əlindən kartof soymaq üçün götürdüyü mətbəx bıçağı və boşqab yerə düşdü.Sınan boşqabın səsindən diksinən ana ,sanki bir anlıq oyandı və oğluna bu acı xəbəri vermək üçün ,onun yataq otağına tələsdi.Oğlunun başı üzərində nə zaman dayandığını heç özü də bilmədi.Tələsərək və böyük bir həyəcanla oğluna sarı əyilib ,yatmış oğlunu oyatmaq fikiri ilə bunları söyləyirdi :
-Oyan ay oğul .Mənim yuxum çin çııxdı və nə yaxşı ki, səni bu səfərdən saxlaya bildim.Anan sənə qurban ay bala !Gərək dostlarına da bildirsəydim bu səfərin acı sonluğunu .Yazıqlar həlak oldular ay oğul.Amma səni qoruduğuma görə Allaha çox şükürlər olsun ! Orada sən də ola bilərdin.Gördün,sən hələ yuxuma inanmaq istəmirdi ?Oyan ay oğlum ,oyan !
Amma nə fayda ki, təyyarə göydə qəzaya uğrayan zaman ,bu bədbəxt ananın da oğlu səfərdən qalmasına baxmayaraq, İlahi əcəldən qaça bilməmiş və yatdığı yerdə əbədi yuxuya getmişdi.Ölüm onu təyyarənin qəzaya uğradığı zaman yatağında haqlamışdı.
Allah taala Qurani Kәrimdә bu haqda buyurur:
Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”
(Əraf surəsi ,34)
Araz Mehrəli.
Dinşünas –tədqiqatçı