Rövşən Lənkəranskinin adamını doğradılar

16-12-2014, 15:47   
Rövşən Lənkəranskinin adamını doğradılar25 yaşlı “qanuni oğru” Laşa Barateli Sankt-Peterburqda bərk döyülüb.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “Soxulcan” ləqəbi ilə tanınan gürcünü Aslan Usoyan (Ded Xasan) klanı cəzalandırıb.
Dekabrın 16-da mühafizəçilərindən ayrılaraq yaşadığı binaya daxil olan “qanuni oğru”nun qarşısını 7 nəfər kəsib. Onu möhkəm döydükdən sonra üzünü və burnunu kəsiblər.
Rusiya saytlarının iddiasına görə, “Soxulcan” bir neçə il əvvəl Sankt-Peterburqda “Ded”ə qarşı sui-qəsd planlaşdırıbmış. Amma sui-qəsd baş tutmayıb. “Bu işdə isə ona “xaç atası” Rövşən Canıyev və Rüfət Gəncinski dəstək verib”, – məlumatda bildirilir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.