Paytaxtın Vilnyuski küçəsində yerləşən “Vostoçnaya skazka” kafesində yaranan münaqişə zamanı bir nəfər həlak olub və iki nəfər isə odlu silahdan yaralanıb.
Life news –a hüquq-mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə, atışmaya səbəb iki qrup arasında səs-küylü münasibət aydınlaşdırması olub. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. DİN idarəsinin mətbuat xidmətində insan ölümü faktını təsdiqləyiblər.
Hal-hazırda faciə yerində müstəntiqlər və kriminalistlər çalışırlar. Onlar baş verənləri aydınlaşdıraraq insident iştirakçılarının hər birinin günahını müəyyənləşdirirlər.
Son informasiyaya müvafiq olaraq, polis qətlə aidiyyatı olan qara minivendə olan üç kişini axtarır. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, bütün cinayətkarlar silahlıdırlar.
Bundan başqa atışmada zərərçəkənlərin soyadları məlum olub: çiynindən yara alan Babayev 71 saylı şəhər kliniki xəstəxanaya, qarın nahiyəsindən yaralanan Abdullayev Sklifosovski adına instituta yatırılıb. Aydın Paşaəliyev isə qətlə yetirilib.Yenilik.Az
[media=https://www.youtube.com/watch?v=_KAAsDjQQsU]