Ana 24 günlük körpəsini diri-diri basdırdı

18-12-2014, 11:39   
Ana 24 günlük körpəsini diri-diri basdırdı
Qadın körpəsini kasıbçılıq səbəbiylə basdırdığını söyləyib
Taylandda dəhşətli hadisə baş verib.
işsizlik səbəbiylə depressiyaya düşən Nathafat Xonsakrom adlı qadın 24 günlük körpəsini diri-diri torpağa basdıraraq öldürüb. Hadisə Taylandın Fitsanulok şəhərində baş verib.

Çay kənarında uzun müddət düşüncəli şəkildə oturan Nathafat Xonsakrom ətrafdakıların diqqətini çəkib. Vətəndaşlar vəziyyəti polisə bildirib. Daha sonra əraziyə gələn polis əməkdaşları Xonsakromun axtarışına başlayıb.

Polislər axtarış zamanı körpəni quma basdırılmış vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan körpənin öldüyü müəyyən olunub. 24 günlük balacanın bədənində hər hansı zərbəyə rast gəlinməyib.

Körpəsini öldürən qadın isə polis tərəfindən yaxalanaraq həbs olunub. Nathafat Xonsakrom polisə verdiyi ifadədə, həyat yoldaşının və özünün son zamanlarda işsiz qaldıqları üçün çox stress keçirdiyini deyib. Qadın körpəsini kasıbçılıq səbəbiylə basdırmaq məcburiyyətində qaldığını söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.