Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı metrosunda sürpriz

18-12-2014, 12:25   
Bakı metrosunda sürpriz
Bayram günü avtobus və metro gecəyarıya qədər xidmət göstərəcək
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı metropoliteni sərnişinlərə sürpriz edəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş rejimində çalışacaqlar.

Onun sözlərinə görə, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.

“Bakı metrosunda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Həmin gecə isə bayram münasibətilə giriş gecə saat 1-ə kimi uzadılacaq. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib.

Qurum rəsmisi onu da bildirib ki, bayram ərəfəsində metroda təhlükəsizlik məsələsinə nəzarət daha da gücləndiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar