29 yaşlı qadın ərini küçənin ortasında çılpaq qoydu
Xəyanatə uğrayan qadının intiqamı ağır oldu. 29 yaşlı qadın onu aldadan ərini küçənin ortasında lüt qoydu.
Honqonq sakini Tinq Su ərini özünün əkiz bacısı ilə birlikdə tutub. Onlar avtomobildə intim münasibətdə olublar. Qarşılarında qadını görən cütlük həyəcandan çılpaq maşından düşüblər. Tinq Su isə maşına minərək oradan uzaqlaşıb.
Nəticədə xəyanətkar ər və əkiz bacı avtodayanacağın ortasında anadangəlmə lüt qalıblar.
İnsanlar dərhal baş verənləri mobil telefonla çəkməyə başlayıblar. Şahidlərin sözlərinə görə, çılpaq qalan ər ağlayaraq maşının şüşələrinə vursa da arvadının ürəyini yumşalda bilməyib.
Çılpaqların evə necə gedib çatdıqları bəlli deyil. Amma hadisədən bir necə gün sonra 29 yaşlı gənc boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Bəlli olub ki, əri Sunu əkiz övladları doğulandan sonra aldatmağa başlayıb.