Nigeriya məhkəməsi radikal təmayüllü "Boko Haram" təşkilatına qarşı aparılan əməliyyatlarda iştirakdan imtina edən 54 əsgər edam cəzasına məhkum edib. Lent.az-ın məlumatına görə, hərbçilərin vəkili açıqlamasında deyib ki, 54 əsgər edam manqası tərəfindən düzülərək güllələnəcək.
Məhkəmə prosesində özlərini müdafiə etməyə çalışan əsgərlər son sözlərində yetərli qədər silah-sursat olmadığına görə terrorçularla döyüşə girməkdən imtina etdiklərini deyiblər.
Qeyd edək ki, "Boko Haram" təşkilatı məqsədi ölkənin şimal-qərbində İslam dövləti qurmaqdır. 2009-cu ildən bəri hərbi əməliyyatlar aparan terror təşkilatı indiyədək 2 mindən artıq insanın həyatına son qoyub. Terrorçular 200 nəfəri hələ də girov saxlayır.