Monikadan Klintona mesaj: “Mənə etiraz edə bilməzsən...”
Monika Levinski ABŞ prezidenti Bill Klintonla əlaqələrinə görə bütün dünyada tanınmışdı. Bu olayın dünya çapına çıxmasında Levinskinin rəfiqəsi Linda Trippin, prezidentlə telefon danışıqlarını keçmiş apelyasiya məhkəməsinin köməkçisi Kennet Starra göndərməsi oldu. Bundan sonra dünya siyasi səhnəsində Monika Levinski adı məşhurlaşdı. Bu hadisə 1998-ci ildə az qala prezidentin karyerasını məhv edəcəkdi. Lakin belə görünür ki, bu təhlükə hələ də Klintonlar ailəsi üçün sovuşmayıb - Monika 2016-ci ildə ABŞ-ın 42-ci prezidentinin qanuni həyat yoldaşı Hillari Klintonun seçkiqabağı kampaniyasına xeyli təsir göstərə bilər.
Monika müəllimini qaçırdı
17 illik tarixə malik bu hadisənin əks-sədası Klinton soyadı Amerika Birləşmiş Ştatlarının siyasi arenasında əsas fiqur kimi hallandıqca, Monikanın yaxasından əl çəkməyəcək . O, şəxsiyyətinə olan diqqətdən qaça bilməyəcək və bu tarixin təfərrüfatları ər-arvad Klintonların opponentlərinə sərfəli olacağı müddətdə təzə fakt və fərziyyələrlə yenidən gündəmə gələcək. Monika erkən uşaqlıq dövründən əks cinsə ehtiyac duyurdu. Belə ki, o, atasız böyümüşdü və görünür, aşiq olduğu kişilər arasında bu boşluğu doldura biləcək bir hiss tapmaq istəyirdi. Monikanın ilk məhəbbəti özündən yaşca çox böyük məktəb müəllimi olub. Məktəb yoldaşları xatırlayır ki, qız öz kumirini hər yerdə təqib edirdi. Evinə zənglər edir, hər vasitə ilə müəlliminin diqqətini özünə cəlb etməyə çalışırdı və yalnız sonda ona nail oldu ki, müəllim bu zəhlətökən uşaqdan sözün əsl mənasında qaçmalı oldu. Monikanın şabalıd rəngli balaca başını dəhlizdə şagirdlərin içində görəndə o, cəld istiqaməti dəyişərək, gizlənməyə çalışırdı.
Anası makiyajın əsaslarını erkən yaşlarından qızına öyrətmişdi. Artıq 10 yaşında gənc Levinski sürmə və ənlikldən məharətlə istifadə etməyə başlayıb. Qız o zamankı məşhur amerika seriallarına baxırdı və oradakı qadınlara bənzəmək istəyirdi. Təəccüblü deyil ki, baxımlı, gənc Monika Bill Klintonun diqqətini cəlb etmişdi. Axı o, bu zamanacan kişini yoldan çıxartmaq üçün bütün zəruri biliklərə malik idi...
Bill Klinton gənc Моnikanın gözəlliyi qarşısında dayana bilmədi
Levinski 1995-ci ildə Ağ Evdə işə başlayıb. 22 yaşlı təcrübəçi dərhal prezidentin diqqətini özünə cəlb edə bilmişdi. Qız Klintonla yatağa girmək üçün hər şeyə hazır idi. Onların münasibətləri 18 ay davam etdi və bu müddətdə olan bütün sevgi görüşləri məhkəmə aktında təfərrüfatı ilə əksini tapdı.
The National Esquirer jurnalı bu ilin əvvəlində Monika Levinskinin Bill Klintona müraciət etdiyi bir videoyazının mətnini dərc etdi. Bu günəcən elə təəssürat yaranmışdı ki, ictimaiyyət artıq bu hadisə barədə bütün iyrənc təfərrüatları bilir. Amma məlum olub ki, Monika bir neçə sirri gizli saxlayıbmış...
Yazılardan aydın olub ki, Ağ Evin cazibəli təcrübəçisi öz istəyində israrlı idi və Bilə nə lazım olduğunu gözəl bilirdi. Gənc qız rəngarəng qadın hiylələri ilə prezidenti ələ ala bilirdi: "Öyrəndim ki, sabah axşam sən tək olacaqsan. Və mənim sənə iki təklifim var. Amma əgər sən məni görməyəcəksənsə, heç nə alınmayacaq. Bilirəm ki, bu sənin xoşuna gəlməyə bilməz. Ümid edirəm ki, tezliklə görüşəcəyik, sən mənim ssenarimi qəbul edəcəksən və mən necə istəyirəmsə, elə də olacaq..."
Bu videoyazı 1997-ci ilin noyabrında lentə alınıb. Göründüyü kimi, qıza öz “ovunu “ tora salmaq üçün çox vaxt tələb olunmayıb. Monika özünü o qədər sərbəst hiss edirdi ki, Klintonun iş qrafikinə və planlarına xüsusi dəvət olmadan düzəliş verirdi: “Mən bilirəm ki, sən sabah axşam tək olacaqsan, onda mənim iki təklifim var və onlardan heç biri nəzərdə tutmur ki, biz görüşməyək. Birincisi - Betti (katibə ) ilə əvvəlcədən 19.30 -da gedəcəyini planlaşdırmaq lazımdır və bu zamanacan artıq zəhləmi tökmüş işçilər evə gedəcəklər. Sonra sən tez və nəzərə çarpmadan qayıdırsan, bizim də 15 dəqiqəlik balaca görüşümüz baş tutacaq və ya yarım saatlıq - sən necə istəsən. Sən mənə etiraz eləyə bilməzsən, çünki mən gözəl və heyranediciyəm”.
Monika Levinski - ABŞ prezidentinin məşuqəsi
Bill bu qadının hiylələri qarşısında dayana bilmirdi, amma ağıllı prezident kimi bir qədər ehtiyatlanaraq, zəhlətökən məşuqəsindən yavaş-yavaş uzaqlaşmağa başladı. Çünki başa düşürdü ki, bu , xoşagəlməz nəticələrə səbəb ola bilər. Onun davranışındakı bu xətt Levinskinin Bilə ünvanladığı sonrakı məktublarında izlənilir. O artıq Bili tovlamırdı, görüş barədəsində açıq şəkildə yalvarırdı: “Başa düşə bilmirəm ki, sən mənimlə necə belə mehriban və eyni zamanda belə qəddar ola bilərsən. Ötən axşam səni görəndə elə kədərli idim ki...Sən məni rədd etdiyinə görə elə pis olmuşdum ki... Mən istəyirdim ki, insanlar bu otaqdan yoxa çıxsınlar və sən məni qucaqlayasan, vəssalam. Mən səni bütün qəlbimlə sevirəm, Bill”. Ağ Evdə ABŞ-ın 42-ci prezidenti və təcrübəçisi arasındakı əlaqələr haqqında 1998-ci ildə məlum olub. Мonikanın yaxın rəfiqəsi olan Linda Tripp onun Bill Klintonla münasibətlərinin ətraflı təfərrüfatları olan telefon danışıqlarını aşkarlayıb. Linda Monikadan gizli bu söhbətləri diktofona yazıb, bununla da güclü kompromat yaradıb ki, bu da Klintonun az qala prezident postundan məhrum olmasına səbəb olacaqdı.
Tripp bu yazıları müstəqil prokuror Kennet Stara çatdırdı. Lindanın bu hərəkəti alçaq və məntiqsiz görünürdü, onun hərəkətlərinin motivi hələ də qeyri-müəyyən olaraq qalır. Bunun bir şəxsi maraq və ya Klintonun siyasi karyerasına zərər vurmaq cəhdi ilə bağlı daha qlobal səbəb olduğunu bilmək mümkün olmadı. Monikanı Star şəxsən özü dindirdi. Onların əlaqələrinin tutarlı sübutu kimi bütün dünyada məşhur olan göy paltar istintaqa əlavə olunub... Levinski ilə olan əhvalat Bill Klintonun siyasi karyerasına mənfi təsir göstərdi. Lakin onun qanuni həyat yoldaşı Hillari indiyədək Birləşmiş Ştatların siyasi arenasında nüfuzlu fiqur olaraq qalır. 1998-ci ildə Hillari Klinton ərini dəstəkləyərək, nikahlarının pozulmaması üçün özündə güc tapa bildi.
Klinton və Levinski aylarla rüsvayçılıq yaşamalı oldular. Prezident yalançı şahidlikdə və məhkəməyə çətinlik yaratmaqda ittiham edildi. 1998-ci il yanvarın 7-dən fevralın 12-dək prezidentin impiçmenti barəsində işə baxılıb. İmpiçment məhkəmənin qərarı ilə rədd edilib və Bill Klinton vəzifəsində qalıb. Bu dövr Levinski və Billin hafizəsində uzun müddət bütün acılarıyla qalıb. İntim əlaqələrinin bütün təfərrüfatlarını danışmağa məcbur olduğu alçaldıcı dindirmələr Monikanın psixikasını ciddi şəkildə pozur. Qız öz ünvanına hücumları hətta adi yoldan ötən insanlar tərəfindən uzun müddət eşidib - prezident ilə onun əlaqələri barədə hər addımda qışqırırdılar. Bu böyük tarixi yalnız tənbəllər müzakirə etməyib. Arxasınca edilən tənələr, danışılan lətifələr, şişirdilən epizodlar - bütün bunlar bir neçə il gecə-gündüz Monikanı təqib etdi.
Monika irəli getməyə çalışırsa da, keçmişinin dəhşəti - prezidentlə eşqbazlıq - onu daim güdüb. O, şərəf və ləyaqətinin bütün dünyanın gözü qarşısında puç olmasına çox qəzəblənirdi.
Hətta indi, neçə illər keçəndən sonra da , onun keçmiş günahları sanki kölgəsinə çevrilərək, arxasınca gəzir. O, uzun müddət tərki-dünya həyat tərzi sürdü və ictimaiyyətə demək olar ki, görünmədi. Biznesini yaratmaq üçün etdiyi bir neçə uğursuz cəhd gurultu ilə puça çıxdı. Bir müddət reportyor olaraq çalışan Monika, hətta tok-şou aparıcısı oldu, amma bunların heç biri ona uğur gətirmədi. Yeri gəlmişkən, Levinski pul cəhətdən heç vaxt korluq çəkməyib: 1999-cu ildə işıq üzü görən Bill Klintonla münasibətləri haqda memuarları ona yarım milyon dollar qazandırıb.
Məhəbbət, yoxsa...
1998 və 1999-ci illərdə dünyada ən populyar qadın kimi tanınan, hal-hazırda 41 yaşı olan Levinski indi yaxın tanışının şirkətində işləyir. Onun şəxsi həyatı alınmadı, Monika prezidentin məşuqəsi adını indiyədək daşıyır. Bu münasibətlərin əsasında hansı hisslər durmuşdu? Levinskinin soyuq ağılla düşündüyü hesab , yaxud hər halda əsl məhəbbət? Monikanın rəfiqəsi The National Enquirer üçün müsahibəsində bildirib: "Monikanın Bilə qarşı hisləri soyumayıb, əgər o qayıtsa, bir saniyə belə düşünmədən onu qəbul edəcək . Monika mənə deyirdi: "Həyatımda məni belə xoşbəxt edə biləcək insan daha olmayacaq".
2004-ci ildə Klinton öz memuarlarını çap etdirib. Bill yazıb ki, onların əlaqəsi yalnız seksual zəmində və Levinskinin təşəbbüsü ilə yaranıb və hər hansı ciddi hisslərlə heç bir əlaqəsi yox idi. Monika, öz növbəsində, bu açıqlamadan hiddətlənlənək bəyan edib ki, bu hisslər əvvəldən sonadək qarşılıqlı olub.
2012-ci ildə məlum oldu ki, Monika Levinski yeni bir kitab üzərində işləyir . O, Klintonla qısa müddətli əlaqələrinin tarixinin maraqlı təfərrüfatlarını danışmaq istəyir. Əgər şayiələr özünü doğruldacaqsa, deyilənlərə görə, onda onun həyatının qara kölgəsinin də sonu gələcək. Əgər Hillari Klinton ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəksə və əgər Levinski həmin kitabı 2016-ci ilə qədər çap etdirməyə macal tapacaqsa, analitiklərin fikrincə, Monika ikinci dəfə Кlintonların siyasi karyerasına ciddi təsir göstərə biləcək.