Bir neçə dəqiqə bundan öncə Donbas vilayətinin Mariupol şəhərində qanlı savaş başlandığı xəbəri gəlib. Ukrayna mediası xəbər verir ki, hadisə barədə xəbəri sosial şəbəkələrdə şəhər sakinləri paylaşıblar. Onların sözlərinə görə, şəhərin hər yerindən atəş səsləri və sürətlə hərəkət edən təcili tibbi yardım maşınlarının sirenaları eşidilməkdədir. Küçələrdə təkərlər yandırılır. Yuliyana Slepova adlı Feysbuk istifadəçisi separatçıların havaya “Molotov kokteyli” atdıqlarını vurğulayıb. Xatırladaq ki, Ukrayna milli qvardiyası ölkənin şərqindəki separatçılara qarşı amansız mübarizəyə başlayıb.
[media=http://www.youtube.com/watch?v=hUmC8j7BTmo]