Dekabrın 22-dək son üç əsrin ən güclü maqnit qasırğası gözlənilir

18-12-2014, 20:11   
Dekabrın 22-dək son üç əsrin ən güclü maqnit qasırğası gözlənilir
Bu barədə NASA-nın rəsmi saytı məlumat yayıb



Dekabrın 16-dan 22-dək Yerdə son üç əsrdə görünməmiş ən güclü maqnit qasırğası gözlənilir. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu barədə Şimali Atlantika Kosmik Agentliyinin (The National Aeronautics and Space Administration, NASA) rəsmi saytı xəbər yayıb. Bu anomaliya zamanı günəş işığının 90 faizə qədərinin qarşısı kəsiləcək.

Maqnit qasırğaları normal hadisədir. Lakin bir sıra hallarda insanlarda yorğunluq, baş ağrısı meydana çıxa bilər. Maqnit qasırğaları zamanı xroniki xəstəliklər kəskinləşir, ölüm hadisələri artır. Statistika bunu təsdiq edir.

Hava dəyişikliklərinə qarşı həssas olan insanlarda adətən baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır. Hadisə böyük təhlükə törətmir. İnsan yaşadığı müddətdə iki minədək maqnit qasırğası ilə qarşılaşır. 2003-cü ildə alimlər günəşdə ən güclü partlayış qeydə almışlar ki, bu da planetimizin bir çox sakinlərinin sağlamlığına təsir göstərib. Tibb işçiləri meteohəssas insanlara fiziki işlə ehtiyatla məşğul olmağı, daha çox dincəlməyi, maye qəbul etməyi məsləhət görürlər. Yaxşı olar ki, kompleks vitaminlər, yaxud təzə meyvə və tərəvəz qəbul edilsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.