Asteroidlərin öyrənilməsi və onların Yer üçün təhlükəsini müəyyənləşdirən ABŞ-ın Sautqempton Universitetinin alimləri məyusedici proqnozla çıxış ediblər.
Mütəxəssislər NASA “WISE” teleskopunun nəzarətində olan 47 min iri asteroiddən 107-nin Yer üçün ciddi təhlükə olduğunu deyiblər.
Alimlər iddia edir ki, kosmik obyektlərin bizim planetin səthi ilə toqquşması nəticəsində Yer kürəsi əhalisi dəhşətli nəticələrlə üzləşəcək. Baş verə biləcək nəticələrdən ən dəhşətlisi isə İndoneziya, Çin, Yaponiya, Böyük Britaniya, ABŞ, Hindistan, İtaliya, Filippin, Braziliya, Nigeriya kimi dövlətlərin yox olacağı iddiasıdır.