Əhali 14 dekabr baş verən hücumdan bu gün xəbər tutub Nigeriyada“Boko Haram” terror qruplaşmasının üzvləri kəndə hücum edərək 185 qadını oğurlayıblar. bu rəqəmləri CNN yerli hakimiyyətə istinadən irəli sürür. Bir müddət əvvəl xəbər verilmişdi ki, “Boko Haram” kəndə hücum edərkən 32 nəfər öldürüb.
“Yaraqlılar kəndi yandırdılar, sonra da qadın və uşaqları yığıb, onları yük maşınlarına doldurub apardılar”- deyə yerli məmurlardan biri bildirir.
Qeyd olunur ki, regionda komunikasiyanın olmaması ucbatından 14 dekabr bazar günü baş verən hücumdan bu gün xəbər tutublar.[media=https://www.youtube.com/watch?v=2u2WzX2hpDs]