Gülənin adamları Rəcəb Tayyib Ərdoğana qarşı "hücuma keçib"lər
Türkiyədə dekabrın 14-də "paralel hökumət"ə qarşı polisin keçirdiyi əməliyyatdan sonra Fətullah Gülənin adamları prezident Rəcəb Tayyib Ərdoğana qarşı hücuma keçiblər.
bu dəfə Samanyolu telekanalında "Xəbərlər"in aparıcısı Asim Yıldırım twitter hesabında Ərdoğanın ünvanına sərt sözlər yazaraq prezidenti təhqir edib.
Aparıcı twitter hesabında bunları yazıb: "Ey Rəcəb. Allah bəlanı versin. Şizofren, oğru, saxtakar, dindar görünüşlü vəhşi, parazit".
Qeyd edək ki, keçən il dekabrın 17-də "paralel hökumət" Ərdoğan hakimiyyətinə qarşı məliyyat keçirmişdi. Bu, ölkədə böyük səs-küyə səbəb olmuşdu. Bu il dekabrın 17-də isə polis dövlət çevirilişi etmək istəyənlərə qarşı əməliyyat keçirdi.
Əməliyyat zamanı Türkiyənin Samanyolu telekanalının (STV) prodüseri Salih Asan və rejissoru Engin Koç da həbs ediliblər.