KÜRDƏMIRIN ICRA BAŞÇISI PA-YA ÇAĞRILDI: ŞÖBƏ MÜDIRININ MÜƏMMALI ÖLÜMÜ BAŞÇINI BITIRIR...

18-12-2014, 23:15   
KÜRDƏMIRIN ICRA BAŞÇISI PA-YA ÇAĞRILDI: ŞÖBƏ MÜDIRININ MÜƏMMALI ÖLÜMÜ BAŞÇINI BITIRIR...
Kürdəmirin icra başçısı PA-ya çağrıldı: Şöbə müdirinin müəmmalı ölümü başçını bitirir...Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı şok məlumatlar əldə etmişik. Xatırladaq ki, Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun adı bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı hallandırılır. Azerinews.tv xəbər verir ki, baş vermiş arzuolunmaz olayla bağlı Savash.org-a ilginc məlumatlar daxil olub.

Saytımıza daxil olan informasiyaya görə, şöbə müdiri dekabrın 14-də sonuncu dəfə icra başçısı Ceyhun Cəfərovla danışıb və həmin söhbət kifayət qədər gərgin keçib. Belə ki, icra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib. Mənbəmiz iddia edir ki, icra başçısı ilə mərhum şöbə müdiri arasında buna qədər də anoloji problemlər yaranıb. Belə ki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğrayıb.

Daxil olan informasiyada qeyd olunur ki, rayondakı "Heydər bulağı"nın ətrafını öz hesablına hasarladan Gülbala Əsədov eyni zamanda "Dördyol" adlanan ərazidən Mollakənd isqiqamətində yol kənarındakı səkilər təmir etdirib. Amma bütün bunlara baxmayaraq, mərhum şöbə müdiri ilə icra başçısı arasındakı gərginliyə son qoyulmayıb. Məlumat üçün bildirək ki, mərhum şöbə müdirinin qardaşı Kürdəmir rayonu Karrar kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun qardaşının düşdüyü acınacaqlı durumla bağlı dəfələrlə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qəbulunda olub. Amma icra başçısı hər dəfə şöbə müdirinin danışığına belə qulaq asmayıb və bu da nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun ürəyinin partlayıb ölməsilə nəticələnib.

Son anda əldə etdiyimiz informasiyada bildirilir ki, baş verən olayla bağlı Kürdəmirin icra başçısı Ceyhun Cəfərov dekabrın 18-də günorta saatlarında Bakıya-Prezident Adminstrasiyasına çağırılıb. Bildirək ki, buna qədər Kürdəmir RİH başçısına dəfələrlə xəbərdarlıq edilib, son baş verənlər isə Ceyhun Cəfərovun karyerasına nöqtə qoya bilər.

Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.