Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.
Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.