Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zəif duman, mülayim külək - sabaha verilən vəd

19-12-2014, 13:47   
Zəif duman, mülayim külək - sabaha verilən vəd
Azərbaycanda yağmursuz, mülayim hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 20-də əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Mülayim hava şəraiti yaxın 2-3 gündə davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar