Azərbaycanlı oliqarx bu gün Putinlə şam edəcək

19-12-2014, 13:51   

Prezident Vladimir Putin Rusiyanın nəhəng biznesmenləri ilə görüşəcək.

ANS press-in məlumatına görə, dövlət başçısının mətbuat-katibi Dmitri Peskov görüş barədə dünənki mətbuat-konfransında anons edib və görüşün ənənəvi tədbir olduğunu bildirib. "Görüş dialoq şəklində keçəcək və burada nə isə yaxşı və ya pis bir şey yoxdur."

Görüşün əsas iştirakçıları nəhəng şirkətlərin sahibləri olacaqlar. Dəvətlilər arasında azərbaycanlı biznesmen - "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov da var.

Dəvət olunanların bir neçəsi Rusiya prezidentilə şam yeməyinin Kremlin Yekaterin zalında baş tutacağını deyib. Görüşün hansı mövzuda köklənəcəyini isə heç kəs bilmir.

Görüşün Rusiya iqtisadiyyatını çökdürən iqtisadi böhran ərəfəsində keçirilməsinin təsadüfi olmadığı deyənlərlə bərabər, Yeni il qabağı bir ziyafət olduğunu düşünənlər də var.

Putinin biznesmenlərlə keçən ilki görüşündə 90 nəfər var idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.