Dünya bu adamdan danışır

19-12-2014, 14:43   
Dünya bu adamdan danışır
2 milyon dollar mükafatdan imtina etdi
Amerikada bir şirkətin əməkdaşı hamını təccübləndirən addım atıb. O, 2 milyon dollar mükafatdan imtina edib.

ABŞ-ın qabaqcıl taxta-şalban istehsalçılarından biri olan "Plum Creek Timber"in CEO-su Rik Holley ona verilən bu mükata layiq olmadığını düşündüyünü deyib.

Şirkətdən verilən açıqlamada belə deyilir: "Hörmətli Holley ona verilən mükafata şirkətin hissədarları öz sərmayələrindən yetəri qədər qazanc əldə edənə qədər layiq olmadığını deyərək almayacağını deyib".

Bəzən şirkət CEO-ları onlara verilən bayram mükafatlarını başqa işçilərə paylayırlar. Məsələn, texnologiya nəhəngi "Lenovo"nun CEO-su Yanq Yuagninq 2013-cü ildə 3,25 milyon dollar mükafatını işçilərə bərabər olaraq bölmüşdü. "Next"in CEO-su da işçilərinə təşəkkür etmək üçün 3,7 milyonu işçilərinə paylayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.