Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Taliban”a qarşı hərbi əməliyyatlarda 77 terrorçu öldürülüb - FOTOLAR

19-12-2014, 19:23   
“Taliban”a qarşı hərbi əməliyyatlarda 77 terrorçu öldürülüb - FOTOLAR
“The Associated Press” agentliyi İslamabaddan bildirir ki, Pakistanın qırıcı təyyarələri və piyada qoşunları 77 nəfər terrorçunu öldürüb. Hadisələr əsasən Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın ərazilərində cərəyan edir.

Agentlik xatırladır ki, ötən cümə günü “Taliban”ın Pakistan qanadı yerli hərbi məktəbə hücum edərək, orada 148 nəfəri öldürmüşdü. Ölənlərin əksəriyyəti azyaşlı müdavimlər idi.

“The Associated Press”in əldə etdiyi məlumata görə, “Taliban”ın belə bir qətliam törətməsinin əsas səbəbi 6 talibançıya hərbi məhkəmənin ölüm hökmü çıxarması və hökmün dərhal icra edilməsi ilə bağlıdır.

Pakistanın baş naziri Nəvaz Şərif cümə günü bəyan etmişdi ki, hökumət terrorla bağlı ölüm hökmlərinə qoyulmuş moratoriumu ləğv edəcək. Hökumət indiyə qədər ölüm hökmlərinin icrasına imkan verməmişdi. Bundan sonra isə hökmlər dərhal icra olunacaq.

“The Associated Press” agentliyi qeyd edir ki, qonşu Hindistan Pakistanda terrorçularla bağlı gedən prosesləri yaxından izləyir. Rəsmi Dehli əmindir ki, Mombaya terror hücumunda “Taliban”ın Pakistan qanadı da yaxından iştirak edib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar