Morqdan gələn «Məni bura kim kilidləyib» səsi, qorxulu anlar yaşatdı

19-12-2014, 21:10   

Morqdan gələn «Məni bura kim kilidləyib» səsi, qorxulu anlar yaşatdı Aydın şəhərində lətifəyə oxşar hadisə yaşanıb. Hadisə dövlət xəstəxanasının önündə baş verib

Belə ki, birdən-birə müəssisənin morqundan «Qapını açın, məni bura kim kilidləyib» səsi eşidilib. Ətrafda olan insanlar bir anda təşvişə düşüblər. Orada olanlardan biri birtəhər özünə gələrək xəstəxana işçisini tapır. O qapını açanda isə bir anda ətrafı qəhqəhə bürüyür.Sən demə içəridə qalan cənazə maşınının sürücüsü olub.

Sonradan məlum olub ki, Aydın Efeler Bələdiyyəsində cənazə maşını sürücüsü vəzifəsində çalışan R.G. morqda olduğu vaxt, onu görməyən xəstəxananın işçisi qapını kilidləyibmiş.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.