"Özümə gələndən sonra gördüm ki, yataqda çılpağam"
Moskvada yeniyetmələr dəhşətli əməl törədiblər.
11 sinif şagirdi Danil.L və kollecdə təhsil alan Semen.L 12 yaşlı məktəblini evlərinə qonaq dəvət ediblər.
12 yaşlı Katya dəvəti qəbul edib. Lakin bura gəldikdən sonra yeniyetmələr onun başına oyun açıblar. Belə ki, Katyaya narkotik təklif ediblər.
"Bilmirəm, nəyə görəsə qəbul etdim. Narkotiki qəbul etdikdən sonra heç nə yadımda deyil. Oyananda isə gördüm ki, yataqda çılpağam", deyə 12 yaşlı Katya polisə ifadəsində deyib.
Qızın anası məsələdən xəbər tutan kimi polisə şikayət edib. Polis yeniyetmələri həbs edib. Faktla bağlı cinayət işi açılıb.