Mağazada peyda olan naməlum işıq geniş müzakirələrə səbəb olub. Türkiyənin Ordu bölgəsində yerləşən mağazalardan birində lentə alınan görüntülərdə işıq saçan bir obyektin gəzdiyi aydın şəkildə görünür.
Türkiyə mediasının məlumatına görə, mağaza sahibi hər gün olduğu kimi səhər işə gələrkən mağazada yerləşdirilən kameranın görüntülərinə baxıb.
Bu vaxt onun diqqətini naməlum işıq çəkib. Əvvəl bunun yoldan içəriyə düşən işıq olduğunu düşünsə də, işığın mağazada olan soyuducunun üzərindən keçərək satılan malların üzəri ilə sərbəst şəkildə hərəkət etməsi bu fikri alt-üst edib. Lakin bir neçə dəfə baxsa da mağaza sahibi obyektin nə olduğunu aydınlaşdıra bilməyib.
Qeyd edək ki, görüntülərin Türkiyə mediyasında yer almasından sonra mütəxəssislər də sözügedən obyektin nə olduğunu aydınlaşdırmağa çalışır.[media=https://www.youtube.com/watch?v=zJVGUSeVy90]