Yataq otağından girdi 100 min apardı

20-12-2014, 16:10   
Yataq otağından girdi 100 min apardı
Lənkəran sakinin evini soyan şəxs tutuldu
Lənkəranda 100 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, oğurluq hadisəsi Lənkəran şəhər sakini Mais Kazımova aid olan evdən olub.
Evdən 100 min manatlıq qızıl zinət əşyaları, noutbuk, müxtəlif markalı telefonlar, maaş kartları oğurlanıb.

Lənkəran polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Bu Əlizadə Nicat İqbal oğludur.

Dindirilmə zamanı oğurluq edən şəxs evə yataq otağının pəncərəsindən girərək oğurluq etdiyini boynuna alıb. Artıq həmin şəxs barəsində həbs qətimkan tədbiri görülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.