Video-sübut: Polis qaradərilini döyür
ABŞ-da qaradərililərin, xüsusən gənc qaradərililərin ağdərili polislər tərəfindən qəddar rəftarla üzləşməsi ölkəni az qala xaos həddinə çatdırıb. Amerikanın demək olar ki, əksər şəhərlərində bu kimi olaylara etiraz olaraq kütləvi tədbirlər keçirilir. Aylarla davam edən bu tədbirlərdə amerikalılar polis qəddarlığına “yox” deyirlər. “Reuters”in bu gün yaydığı xəbərdə bildirilir ki, Amerika polisinin qəddarlığını əks etdirən video-görüntülərin İnternetdə yayılması vəziyyəti yenidən gərginləşdirib.
Videoda aydın görünür ki, Nyu York şəhər polisinin zabiti həbs olunmuş qaradərili etirazçıya zərbə endirir. Agentliyin məlumatına görə, video-çəkilişdə görüntülənən zabit artıq müvəqqəti olaraq işindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırmalara start verilib. Bu barədə polis departamentindən cümə günü axşama doğru məlumat verilib.
Agentlik onu xüsusi ilə vurğulayır ki, Nyu Yorkda keçirilmiş etiraz aksiyalarının birində qaradərili gənclərdən biri polis tərəfindən boğularaq öldürülmüşdü.
'Hey! Hey! Hey!' one woman is heard yelling. 'Stop it! Get off of him!'
Cümə günü YouTube-a yerləşdirilmiş 8 dəqiqəlik videoda gənc qaradərilinin polislər tərəfindən həbs olunması öz əksini tapıb. Bu zaman özünü polislərin köməyinə çatdıran zabit 16 yaşlı qaradəriliyə ən azı iki dəfə zərbə endirir. Maraqlıdır ki, video İnternetdə yayılan kimi həmin zabit işdən uzaqlaşdırılıb.
Polis qaradəriliyə zərbə endirəndə kənardakılar, o cümlədən prosesi lentə alan şəxs bağıraraq polislərdən zoraklığı durdurmağı tələb edirlər. Videoda qoluna qandal vurlumuş 12 yaşlı qaradərili də aydın görünür.
Internal Affairs is investigating the circumstances of an arrest, captured on video, that shows a plainclothes cop repeatedly punching a teen suspect in the body.
Qaradərili oğlanlar polis maşınında aparalarkən başqa bir qaradərili gəncin polsiə müraciətlə verdiyi bu sual aydın eşidilir: “Biz nə etmişik? Mən nə etməyimizlə bağlı izahat eşidə bilərəmmi”?
Polis isə bildirir ki, gənc kiməsə hücum etməkdə suçlu bilinir. O, hücum zamanı dəyənəkdən istifadə edib.
Polis “Reuters”ə deyib ki, faktla bağlı istintaq gedir[media=https://www.youtube.com/watch?v=7cO2BLmc6yQ&list=PL0mgyYuUZn66vg5dHkgQ8rDoRT5MRn6m7]