Rubl sərhəddə "tıxac" yaratdı (VİDEO)

20-12-2014, 18:52   
Rubl sərhəddə "tıxac" yaratdı (VİDEO)
Rublun dəyərdən düşməsi Rusiyaya alış-verişə gedənlərin sayını artırıb
Rublun dəyərdən düşməsi Rusiyaya alış-verişə gedənlərin sayını artırıb.

ANS TV-nin məlumatına görə, ölkədə Rus rublunun dəyərinin aşağı düşməsilə əlaqədar Qusarın Rusiya- Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsindən Rusiyaya getmək istəyən sərnişinlərin sayı artıb və sıxlıq müşahidə olunur. Hazırda keçid məntəqəsinin girişində minik avtomobillərinin növbəsi müşahidə olunur.

Rus rublunun kəskin ucuzlaşması bu ölkədə sərfəli alış-veriş imkanı yaratdığından azərbaycanlılar ticarət etmək məqsədilə Rusiyaya üz tutur. Sərhədi keçən vətəndaşlar arasında apardığımız sorğu zamanı onlar Dağıstana əsasən ərzaq məhsulları gətirmək üçün getdiklərini bildirdi.

Rusiyaya gedən Abbasəli Rzaxanov deyir ki, Rus rublunun düşməyi ilə əlaqədar insanlar özləri üçün ərzaq almağa gedirlər.

Samur keçid məntəqəsində də son günlər burada sıxlıq yarandığını təsdiqlədilər. Məntəqədən həmçinin avtomobil və sərnişinlərin qonşu ölkəyə normal qaydada buraxıldığını dedilər. NK- nin 14 oktyabr 2013 cü il tarixli qərarına görə, isə ölkəyə idxal üçün hər vətəndaşa 10 kq qarışıq ərzaq məhsulları gətirməyə icazə verilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.