Ögey atasının ona təcavüz etdiyini söyləyən 19 yaşlı qız vəhşicəsinə qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, Meksikada yaşanan dəhşətli hadisədə tibb bacısı tələbəsi Kassandra Bravo 3 dekabrda itkin düşüb.
Anasının polisə müraciəti ilə başlanan axtarışlar 3 gündən sonra öz nəticəsini verib. Bravonun cəsədi yol kənarından tapılıb.
Cəsədin ekspertizasında məlum olub ki, qız boğularaq öldürülüb, sonra isə dərisi soyulub.
Polisin apardığı araşdırma Kassandranın rəfiqəsinin izahatı cinayətin açılmasını asanlaşdırıb. Kassandranın 15 yaşından bəri ögey atası tərəfindən cinsi təcavüzə məruz qaldığını və bunu anasına deyəcəyini planlaşdırdığı bəlli olub.
Saxlanılan ögey ata cinayəti qəbul etsə də, təcavüz ittihamını və qızın dərisini soyduğunu təkzib edib.
O, cinayəti necə törətdiyini belə anladıb: "Kassandranın baxıcılıq işinə aparacaqdım, ancaq hazır olmadığını görüncə çox hirsləndim. Dava etdik, onu boğdum".