Rəşad Yusifov bir avtoxuliqanın qurbanı oldu. Onu elə yaşadığı ünvanın yaxınlığında bir avtomobil vurub qaçıb. Ən maraqlısı isə həmin avtomobilin görüntüsü kameralara düşüb. Bir il altı aydır ki, polis həmin avtoxuliqanı axtarır. Nədənsə hələ də, həmin şəxs tapılmır. Rəşadın ailəsi və özü ATV də vaxtı ilə yayımlanan “Ümid var” verilişindən həmin şəxsə müraciət elədi.
“Gəl çıx üzə, biz səndən şikayətçi olmayacayıq. Amma bizə kömək et ”
Bir xəbər çıxmadığını görən tamaşaçılar özləri Rəşada sahib çıxdı. Onun müalicəsi üzün pul topladılar. Bir dəfə əməliyyat olunan Rəşada ikinci əməliyyat lazım idi. Hər şeydən əli üzülən ata yenidən ATV olay vasitəsi ilə həmin şəxsə müraciət elədi. Amma heç bir faydası olmadı. Kirayədə yaşayan ailənin vəziyyəti ağırlaşmağa başladı. Elə Rəşadın səhətidə. Rəşadın atası dəfələrlə polis orqanlarına müraciət elədi. Hər zamanda eyni cavabı alıb. “Gözləyin, axtarış tədbirləri davam edir”
Maraqlıdır kameralara düşən bir maşının sahibini tapmaq bu qədərmi çətin imiş ?
Vəziyyəti ağırlaşan Rəşad 20 Dekabr 2014 cü il tarixində dünyasını dəyişib.
Allah rəhmət eləsin…/KanalBaku[media=https://www.youtube.com/watch?v=6btpj11XWsk]