“Sxodka”ya toplaşan “qanuni oğru”lara qarşı əməliyyat: 3 nəfər tutuldu

22-12-2014, 12:57   
“Sxodka”ya toplaşan “qanuni oğru”lara qarşı əməliyyat: 3 nəfər tutuldu
Cümə günü Moskva Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən üç “qanuni oğru” saxlanılıb.

Onlar 44 yaşlı David Ozmanov (Dato Krasnodarski), 28 yaşlı Şalva Ozmanov (Kuso) və 32 yaşlı Malxaz Katuadır (Maxo Oçamçirski).

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, “qanuni oğru”ların hər üçü Moskvaya yaxında keçirilməsi nəzərdə tutulan ümumi “sxodka”da iştirak etmək üçün gəliblər.

Şəxsi axtarış zamanı yalnız Maxo Katuanın üzərində 2,7 qr heroin aşkarlanıb. Bu miqdara görə Maxonu 3 ildən 10 ilə kimi həbs gözləyir. Şakro Maladoyla qohum olan digər iki “qanuni oğru” isə sərbəst buraxılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.