Üz və çənə nəqli edilən 26 yaşlı Recep Sərt evləndi
Əməliyyatla yeni üz nəqli edilən şəxs evləndi.
Türkiyənin beşinci üz və çənə nəqli edilən 26 yaşlı Recep Sərt ilə nişanlısı Esma Akyurt evləniblər. Toy mərasimi Bursada baş tutub.
Recep Sərt tüfəngini təmizləyərkən atəş açılması nəticəsində üzü tanınmaz hala düşüb. Ona keçən ilin 18 iyulunda Akdeniz Universiteti Xəstəxanasında beyin ölümü keçirən 43 yaşlı polşalı turist Andrzey Kuczanın üzü və çənəsi nəql edilib.
Plastik rekonstruktiv və estetik cərrahiyə uğurlu alınıb. Recep Sərt Akdeniz Universitetində uzun müddət reanimasiyada qaldıqdan sonra palataya köçürülüb. Bundan sonra xəstəxanada işləyən Esma Akyur arasında başlayan dostluq, qısa müddət sonra sevgiyə çevrilib. Cütlük bu il nişanlanıb.
Recep Sərtin nikah şahidi onu əməliyyat edən doktor Ömər Özkan, Esma Akyurtun şahidi isə Əli Akça olub.