Dənizkənarı Milli Parkın uzadılmasına dair işlər tam sürətlə davam edir! Artıq dənizkənarı park paytaxtın “Ağ şəhər” adlanan ərazisindən Zığ dairəsinə gədər uzadılıb.
ANS TV-nin məlumatIna görə, paytaxtın “Ağ şəhər” istiqamətində dəniz sahilində aparılan tikinti işləri yeni bulvarın salınması üçündür. Vaxtı ilə bu ərazidə mövcud olan bütün köhnə tikililər sökülərək yerində dənizkənarı park tikilir. Bir müddətdir davam edən tikinti işlərinin artıq 80 faizi görülüb. İşıq dirəkləri quraşdırılıb, yaşıllıq örtüyü salınıb. Dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, yeni bulvarda xaricdən gətirilən ağaclarla yanaşı yerli ağaclar da əkiləcək.
“Ağ şəhər” bulvarında yerə döşənən daşlar və ordakı işıqlandırma sistemi – İşıq dirəkləri, fanarların özü, oturacqalar, gül dibçəkləri və digər aksesuarlar daha müxtəlif, daha müasir, eyni zamanda qeyri-adi formada olcaq. Bu da insanların gözünü yormamaq məqsədilə həyata keçiriləcək”, deyə Nazim Məcidov bildirdi..
Dənizkənarı Milli Parkın “Ağ şəhər” istiqamətində 3 km uzunluğunda salınan bulvarın 2015 Yay Avropa Oyunlarına qədər təhvil verilməsi nəzərdə tutulub.