Hadisə yerinə xeyli sayda polis cəlb edilib
Moskva ətrafı Naxabin yaşayış məntəqəsində 9 yaşlı qız girov götürülüb.
qızı girov götürənin narkotikdən qəbul etdiyi güman edilir.
Hüquq mühafizə orqanları bildirib ki, Moskva ətrafı Naxabində şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar evlərdən birinə daxil olaraq yaşlı qadını çölə qovub və 9 yaşlı qız olan evi ələ keçirib.
Hadisə yerinə bir neçə patrul qüvvələri cəlb edilib. Polis cinayətkarla əlaqəyə girmək istəyir.
“Məlum olub ki, qanunu pozan Tacikistan vətəndaşıdır və onun zərərçəkənlə qohumluq əlaqələri yoxdur. Polis cinayətkarla danışığı davam etməyə çalışır”- deyə Moskva polisinin açıqlamasında bildirilir.