Lənkəran Dövlət Universitetində nə baş verir? - Özəl

23-12-2014, 00:38   
Lənkəran Dövlət Universitetində nə baş verir? - Özəl
Lənkəran Dövlət Universitetində nə baş verir?Bu təhsil ocağında 480 min manatlıq büdcənin pulu sirrə qədəm basıb

Azərbaycandakı təhsil ocaqlarının bir çoxuna dövlət büdcəsindən ayrılan pulların böyük qismi ya təyinatı üzrə xərclənməyib, ya da ona rəhbərlik edən şəxsin şəxsi məqsədlərinə sərf olunub. Demokratiya.info-nun araşdırması zamanı analoji prosesin Lənkəran Dövlət Universitetində (LDU) də yaşandığı aşkarlanıb.

Həmin araşdırmalar zamanı məlum olub ki, ötən il bu təhsil ocağına ayrılmış 480 min manat sirrə qədəm basıb. Belə ki, universitetin korpuslarının təmir edilməsinə ayrılmış 49996,2 manat pulun nəyə xərcləndiyi məlum deyil. "Şəhər İnşaat" MMC tərəfindən həyata keçirildiyi sənədləşdirilən bu işlərlə yanaşı, universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün də ayrılmış 58924,3 manatın da aqibəti bəlli deyil.

Demokratiya.info-nun araşdırmalarından o da aydınlaşıb ki, LDU-ya sair maşın və avadanlıqların satın alınması üçün ayrılmış 149753,8 manat da təyinatı üzrə xərclənməyib. Həmin pulun böyük qisminin rektor tərəfindən öz məqsədlərinə istifadə edildiyi deyilir.

Bundan başqa, sair xərclər maddəsi üzrə 31204 manatın, yumşaq inventarların satın alınması üzrə 49212 manatın, digər alışlar və xidmətlərin satın alınması üzrə 14764,25 manatın, avadanlıqların satın alınması üzrə 48098 manatın, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 16798,5 manatın, mətbəə xidmətlərinin satın alınması üzrə 11902 manatın, dəftərxana ləvazimatlarının satın alınması üzrə 46792 manatın da sənədləşdirildiyi halda, aqibətindən xəbər yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.