Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İnsanlar bu gözəlliyə aldanıb ölürlər – Foto

23-12-2014, 01:19   

Bəzən təbiətin möcüzəvi gücü dağıdıcı ola bilər və ətrafında mövcud olan bütün canlıları amansızlıqla məhv edər.

Axar.az-ın xarici mənbələrdən əldə etdiyi məlumata əsasən, Macarıstan meşələrində hazırda “ağ ölüm kabusu” adlanan bu gözəllik bir çox insanın həyatına son qoyur. Belə ki, Piliş şəhərciyinin gözəlliyinə maraq göstərən turist və səyahətçilərin çoxu donaraq həyatıyla vidalaşır.

Macarıstan metereologiya xidməti havaların kəskin dəyişilməsi ilə bağlı xəbər yaysa da, bu ölüm qoxulu ecazkar təbiət qüvvəsinin qarşısında bir çoxları acizlik edir. Onlar adi marağı həyatlarından üstün tutaraq “ölüm kabusunun” əbədi qonağına çevrilirlər.

Xatırladaq ki, insan həyatı üçün dünyada bir neçə təhlükəli ərazi var və Macarıstan meşələri onlardan biridir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar