Azərbaycanlı Rusiyada barda cinayət törətdi

23-12-2014, 11:47   
Azərbaycanlı Rusiyada barda cinayət törətdi
31 yaşlı Maqa mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vurub
Azərbaycan vətəndaşı Rusiyada cinayət törədib.
Sankt-Peterburq şəhərində yerləşən "Kontakt" adlı barda dağıstanlı mühafizəçini bıçaqlayıb. Hadisə barədə Sankt-Peterburqun xəbər agentlikləri yazıb.

32 yaşlı mühafizəçi bazar günü səhər saat 06.40-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, çoxsaylı bıçaq zərbələri ilə ağır bədən xəsarətləri alıb.

İlkin məlumatlara görə, təxminən səhər saat 05.30 radələrində barın mühafizəçisinə iki qız yaxınlaşaraq üç gənci sakitləşdirməsini istəyiblər. Administrator onlardan sakit olmalarını tələb edib. Onun məzəmməti ilə razılaşmayan gənclərdən biri qalmaqal yaradıb. O, gödəkçəsindən bıçaq çıxararaq barın işçisinə zərbələr endirib.

Hadisəni törətdikdən sonra qaçıb gizlənən xuliqanın gödəkçəsinin cibindən 31 yaşlı Azərbaycan vətəndaşına məxsus sənədlər tapılıb.

Adam bıçaqlamaqda şübhəli bilinən şəxslə bir yerdə barda olan 22-23 yaşlarında digər iki azərbaycanlı saxlanılıb. Gənclər mühafizəçini bıçaqlayan xuliqanla elə barda tanış olduqlarını bildiriblər. Onların sözlərinə görə, tanımadıqları bu şəxs onların yanına oturub və özünü "Maqa" kimi təqdim edib. Dava saldıqdan sonra onu bayıra çıxardıblar və bundan sonra heç nə görməyiblər.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.