Əlcəzair ordusunun keçirdiyi əməliyyatda Abdulmelik Kavri öldürülüb
İŞİD terror qruplaşmasına bağlı olduğunu elan edən "Xəlifənin Əsgərləri" təşkilatı lideri və onu müşayiət edən 2 yaraqlı məhv edilib.
Əlcəzair ordusu tərəfindən təşkil edilən əməliyyatda terrorçuların lideri Abdulmelik Kavri öldürülüb.
Əlcazair Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Abdulmelik Kavri terrorçular tərəfindən ölkənin əmiri seçilibmiş. Öldürülən terrorçuların üzərindən 2 "Kalaşnikov" avtomatı, snayper tüfəngi, çoxlu miqdarda partlayıcı qurğu və hərbi sursat götürülüb.
Fransız alpinist Herve Pier Kurdelin öldürülməsini boynuna götürən "Xəlifənin Əsgərləri" təşkilatına qarşı əməliyyatları uzun müddətdir davam edir.