Arvadını və qaynanasını öldürən Lerik sakini sonda özünü öldürüb
Lerik rayonunda ağır-qətl hadisəsi baş verib.
Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Sürətova Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovanı və qaynanası, 54 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüvəngindən açdığı atəş nəticəsində öldürüb. Onlar hadisə yerindəcə keçinib.
Həyat yoldaşı və qaynasılnı öldürən Cəmaləddin Sürətova bundan sonra atasının doğulduğu Peyzəküjə kəndinə gedərək evlərində həmin ov tüvəngi ilə özünə atəş açıb. O, hadisə yerindəcə keçinib.
Hadisənin ailə-məişət zəmində baş verdiyi bildirilir. Belə ki, Məhsəti Sürətovanən bir neçə gün əvvəl əri ilə dalaşıb, ata evinə getdiyi deyilir. Cəmaləddin Sürətov onların evinə gələrək həyat yoldaşını evinə qaytrmaq istəməsi ehtimal olunur ki, bu zaman da onlar arasında mübahiusə yaranıb. Və sonluq belə bir faciə ilə nəticələnib.
Cütlüyün iki azyaşlı uşağının da olduğu yayılan məlumatlar sırasındadır.