Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə ataraq xəsarət yetirib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 1967-ci il təvəllüdlü Zenfira Muradovanın sifət nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni (turşu) ataraq xəsarət yetirib. Z. Muradovaya tibbi yardım göstərilib.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.