Ərinin müalicəsi üçün qızını satmaq istədi (FOTO)

23-12-2014, 23:36   
Ərinin müalicəsi üçün qızını satmaq istədi (FOTO)
Çinin ingilisdilli “Shanghaiist” saytı xəbər verir ki, Hİ Xon və onun əri Cjo Sinquy Funçyan əyalətinə pul qazanmaq məqsədi ilə gəlmişdi. Cjo Sinquy tikintidə çalışır. İşdə olarkən isə hündürlükdən yıxılıb və ciddi xəsarət alıb. Ancaq onun çalışdığı tikinti şirkəti müalicə üçün pul köçürməkdən imtina edib. Həkimlər isə bildirirlər ki, Cjo Sinquy təcili əməliyyat olunmasa həyatını itirə bilər.

Tibbi əməliyyat üçün isə fantastik məbləğ ödəmək lazım idi. Vəziyyətdən çıxmaq üçün Hİ Xon öz qızını satmaq istəyir. Qadın yoldan keçənlərin diqqətin cəlb etmək üçün belə bir plakat yazır: “Rica edirəm, mənim qızımı alın. Mənim ərim xəstəxanadadır, əməliyyat olunmalıdır. Onun şefi isə əməliyyatın pulun ödəməmək üçün aradan çıxıb. Mən ərimi xilas etmək istəyirəm, bir də istərdim ki, sonra arada qızımı görüm”.

Ancaq onun qızına kimsə “müştəri” çıxmayıb. Əvəzində yerli media bu hadisə barədə yazıb. İnsanları bu qadına yardım etməyə səsləyib. Nəticədə bu ailənin bank hesabına külli miqdarda vəsait - 200 min dollar daxil olub.

Cjo Sinquy ona kömək üçün yardım edən insanlara öz minnətdarlığını bildirib. Maraqlıdır ki, ailə cərrahiyyə əməliyyatı üçün gərəkən hesabı ödədikdən sonra yerdə qalan pulu “Qızmızı Xaça” keçirib: “İstədik ki, digər ehtiyacı olanların da probleminə yardım edilsin”.

İndi Cjo Sinquy əlil arabasında gəzir. O, başa düşür ki, daha əvvəlki kimi işləmək iqtidarında deyil. Ona görə də öz əyalətlərinə geri dönməyə qərar veriblər. Cjo Sinquy deyir: “Bu faciə mənə bir şeyi dərk etməyə əsas verdi. Ailə və yaxın adamlara malik olmaq - bu, böyük xoşbəxtlikdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.