37 yaşlı oğul 63 yaşlı anasını öldürüb.
Yenilik.Az “Lifenews”-a istinadən xəbər verir ki, Rusiyanın Voronej vilayətinin Novaya Olşanka kəndində S.Pyaduxov adlı şəxs anasını kompüterdə oynamaqda mane olduğu üçün qətlə yetirib.
Münaqişə isə gecə saatlarında 63 yaşlı qadının oğluna kompüter arxasında çox vaxt keçirdiyini irad tutmasından başlayıb. Bundan qəzəblənən oğul bıçağı götürərək anasının üstünə hücum edib. O, bıçaqla zərbə endirib və anası yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qətli törədən Pyaduxov günahını etiraf edib. Bildirilir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb.