Baba dəfnində dirildi - FOTO

24-12-2014, 11:28   

72 yaşlı Dipak Sinqh evdə qəflətən yıxılandan sonra nəfəs almırdı. Onun xanımı, övladları və nəvələri başına yığışdılar, həkim çağırıldı. Həkim qocanın öldüyünü deyəndən sonra dəfn mərasiminə hazırlıq başlandı. Hinduist ənənələrinə görə, Dipak Sinqhin cənazəsi tonqalda yandırılmalı, külü isə şəhər kənarındakı dağın yamacına səpilməliydi.

Milli.Az Asia One-a istinadən bildirir ki, Dipak Sinqhin ailəsi onu tonqalda yandırmaq üçün taxta mafənin üzərinə uzadıb ağlaşmaya başlayanda qoca qəflətən ayılıb.

Mafəyə dirsəklənən baba təəccüblə ətrafa baxıb, şoka düşən və gözlərini döyən ailə üzvlərinə xitabən: "Niyə ağlayırsınız?! Nə olub?!" - deyib. Dipak Sinqhin arvadı bunu eşidəndə huşunu itirərək yerə yıxılıb.

Olay Hindistanın Racastan ştatındakı Bhilvara şəhərində baş verib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.