Egey dənizi üzərində uçan iki yunan təyyarəsi eyni məkanda uçuş keçirən Türk Hava Qüvvələrinin F-16 təyyarəsinin radarlarını kilidləyərək hücum edib.
Avropa.info xəbər verir ki, qaydalara uyğun yunan təyyarəsinin cavabı verilərək geri oturdulub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının rəsmi saytında hadisə ilə bağlı açıqlama verilib. Açıqlamaya görə, "F-16” türk təyyarəsi Egey dənizi üzərində təlim uçuşu keçirərkən yunan təyyarələrinin hava təcavüzünə məruz qalıb. Türk təyyarəsi eyni şəkildə cavab verib.
Daha bir insident Suriya sərhədində qeydə alınıb. Suriyaya aid "Su-24” təyyarəsinin sərhədi yaxınlaşması məlumatlı alınan kimi hadisə yerinə İncirlik hava bazasından qalxan F-16 təyyarəsi göndərilib. Suriyaya aid təyyarə Türkiyə sərhədinə 2,1 dəniz mili məsafə qalmış geri dönüb.