Gəncədə gəlin qayınanasının üzünü yandırdı

24-12-2014, 20:15   
Gəncədə gəlin qayınanasının üzünü yandırdı
Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə tökərək xəsarət yetirib. Yenilik.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 33 yaşlı Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 47 yaşlı Zemfira Muradovanın üz nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni tökərək xəsarət yetirib.

Zərərçəkmişə xəstəxanada ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.