"Yeni Müsavat" qəzetinim baş redaktorunun birinci müavini Azər Ayxan ermənilərlə əlaqə quranlar və işbirliyində ittiham olunanlar haqda fikir bildirib
A.Ayxan bu bu fikirlərini "Sülh göyərçinləri"nin buraxdığı quş" kimi adlandırıb: "Bizi iqtidara loyallıqda suçlayanlar, illərdir barəmizdə hər cür böhtan deyənlər, şər söyləyənlər sən demə, ermənilərlə ortaq layihələrdən pul qazanırlarmış. Və bu proses illərdir davam edirmiş. Sizi "sülh göyərçinləri" sizi.
Demək bunların əxlaqına və düşüncəsinə, bizə etdikləri təklifə baxın: biz öz ölkəmizin iqtidarı ilə daim düşmən münasibətdə olmalıyıq, bu lotular da xımır-xımır erməni ilə şərik pul qazanmalıdırlar.
Belə çıxır ki, Azərbaycan hakimiyyəti ilə hər hansı təmas, normal münasibət, dialoq yolverilməzdir, amma düşmənlə bunları və bunlardan daha ötəsini etməkdə heç bir problem yoxdur. Bu adamlara görə, birinci mövqe xəyanətdi, bunlarınkı isə demokratiyadı, iki xalq arasında sülh yaratmaqdır, nə bilim nədir".
Qeyd edək ki, Sülh və Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Leyla Yunus və əri Arif Yunus ölkəni tərk edərkən saxlanmışdılar. Onlar Türkiyədən deportasiya olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə dindiriliblər. R.Mirqədirov dövlətə xəyanətdə, ermənilərə Azərbaycan dövlət sirrini ötürməkdə ittiham olunur. L.Yunus və A.Yunus isə tez-rez ermənilərlə birgə tədbirlər keçirirlər.